QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1548_almaniyada-az-rbaycanlilarin-yasadigi-yataqxanada-

DÜNYA

Hamısı

Almaniyada azərbaycanlıların yaşadığı yataqxanada 32 nəfər koronavirusa yoluxub

(9 Ay, 26 Gün öncə) 306 İzlenme 1 Yorum
Almaniyada azərbaycanlıların yaşadığı yataqxanada 32 nəfər koronavirusa yoluxub

Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların da yaşadığı qaçqın yataqxanasında 32 nəfərdə COVID-19 aşkarlanıb.

UTVXƏBƏR :        eyniadlı qəsəbədə yerləşən qaçqın yataqxanasında onlarla insanın koronavirusla bağlı verdiyi testin nəticələri pozitiv çıxıb. Polis, qəsəbə səhiyyə təşkilatı və yanğınsöndürən briqadaları əraziyə gələrək, 25 nəfəri yaxınlıqdakı Rahlştend qəsəbəsindəki idman zalına köçürüblər.

Yataqxana rəhbərliyindən bildirilib ki, ümumilikdə 189 nəfər koronavirus testi verib.

“Pandemiyanın ilk günündən yataqxanada sərt karantin rejimi tətbiq olunur. Ancaq görünür bu yetərli olmayıb. Virusu yataqxanada məktəblilərin yaymasından şübhələnirik”, - deyə yataqxana rəhbərliyinin açıqlamasında qeyd edilir.

Məlumat üçün bildirək ki, Harburq qəsəbəsində yerləşən qaçqın yataqxanasında Afrika ölkələri, İran, İraq, Suriya, Əfqanıstan, Pakistan, Azərbaycan, Gürcüstan və Rusiyadan gələn sığınacaq axtaranlar yaşayırlar. Ötən ayın məlumatına görə, yataqxanada 7 Azərbaycan vətəndaşı yaşayıb. Onlardan 3-ü dekabrın əvvəlində Azərbaycana deportasiya edilib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 13 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı