QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1544_azad-edilmis-razil-rimizd-dislokasiya-olan-bolm-l-

RƏSMİ

Hamısı

Azad edilmiş ərazilərimizdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - FOTO

(10 Ay, 5 Gün öncə) 631 İzlenme 1 Yorum
Azad edilmiş ərazilərimizdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - FOTO

UTVXƏBƏR :       Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin  və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hərbi qulluqçulara daim diqqət və qayğı göstərən Ali Baş Komandanın tapşırığına əsasən 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış və düşmən tərəfindən minalanmış ərazilərdə xidmət edən Azərbaycan Ordusunun şəxsi heyətinin yerləşdirilməsi, qidalanması və məişət xidmətləri ilə təmin edilməsi məqsədilə ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş və səhra şəraiti üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər alınır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti azad edilmiş ərazilərimizdə yerləşən bölmələr üçün alınmış səyyar obyektlərə baxış keçirib.

Məruzə edilib ki, azad edilmiş yaşayış məntəqələrimizdə, dağlıq ərazilərdə, çətin keçilən yüksəkliklərdə, sərt iqlim şəraitində xidmət edən şəxsi heyət üçün müxtəlif  ölçülü konteyner və çadırlarda yataqxanalar, yeməkxanalar, ayrıca mətbəx və qabyuma otaqları, eləcə də silah otaqları, kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılacaq.

Məlumat verilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir.  

Bildirilib ki, şəxsi heyəti kompakt yerləşdirilən hərbi hissələr üçün isə daha böyük imkanlara malik, səyyar, modul tipli komplekslərin quraşdırılması həyata keçirilir, hamam-camaşırxana xidmətləri təşkil olunur. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq tədbirlər də planlı şəkildə davam edir.

Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə stasionar tibb məntəqələri inşa edilənədək bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı