QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1542_s-hid-ail-l-rind-n-1-700-d-k-s-xs-t-qaud-pensiya-v

RƏSMİ

Hamısı

Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib

(8 Ay, 7 Gün öncə) 702 İzlenme 1 Yorum
Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib

UTVXƏBƏR :        Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.

ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən verilən məlumata görə, artıq fond tərəfindən 700-dək şəhidin 1 700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir.

Bu ay nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib.

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 24 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı