QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1509_dost-is-m-rk-zinin-direktoru-da-xocav-ndin-azad-ol

RƏSMİ

Hamısı

DOST İş Mərkəzinin direktoru da “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

(5 Ay, 24 Gün öncə) 221 İzlenme 0 Yorum
DOST İş Mərkəzinin direktoru da “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

UTVXƏBƏR :         Vətən müharibəsində ölkəmizin ərazilərinin azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidliyi və şücaəti ilə seçilən, buna görə də Prezident İlham Əliyevin Sərəncamları ilə medallarla təltif olunanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışanlar da var.

Onlardan biri nazirliyin  DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov dövlət başçısının Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.

Ehtiyatda olan zabit F.Cəbrayılov müharibənin ilk günlərindən səfərbərlik çərçivəsində ordu sıralarına qatılıb. Baş leytenant, tağım komandiri kimi Silahlı Qüvvələrin döyüş əməliyyatlarında iştirak edib. 

Ümumilikdə, nazirlik sistemindən müxtəlif vəzifələrdə çalışan 81 əməkdaş səfərbərlik əsasında İkinci Qarabağ müharibəsində iştirak edərək, möhtəşəm Zəfərimizin qazanılmasına, şanlı tariximizin yazılmasına şərəflə öz töhfəsini verib.

Qələbəmizin qəhrəmanları ilə fəxr edirik!

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    3 Ay, 10 Gün öncə
BIST
14600,41
ALTIN
501,867-0,09
EURO
10,19370,81
DOLAR
8,35130,32
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı