QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1505_-man-tl-rin-sigortalanmasi-il-bagli-yeni-mezanizm-

RƏSMİ

Hamısı

Əmanətlərin sığortalanması ilə bağlı yeni mezanizm qüvvəyə mindi

(6 Ay, 25 Gün öncə) 308 İzlenme 1 Yorum
Əmanətlərin sığortalanması ilə bağlı yeni mezanizm qüvvəyə mindi

UTVXƏBƏR :      Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Belə ki, qüvvəyə minən yeni qanun layihəsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əmanətlərin siyahısına o cümlədən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər də daxil edilib.

Eləcə də, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri qorunan əmamətlərə aid edilmir.

Həmçinin, hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir”.

Tam qorunan əmanətlərin 100 min manata qədər artırılması ilə bağlı maddə 2021-ci il 5 aprel tarixindən qüvvəyə minir.

 

  


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 11 Gün öncə
BIST
1391-1,63
ALTIN
495,421-0,34
EURO
10,3510-0,26
DOLAR
8,71800,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı