QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1503_az-rbaycanli-icma-uzvl-ri-turkiy-li-diplomatla-gor

RƏSMİ

Hamısı

Azərbaycanlı icma üzvləri Türkiyəli diplomatla görüşüb

(6 Ay, 25 Gün öncə) 432 İzlenme 0 Yorum
Azərbaycanlı icma üzvləri Türkiyəli diplomatla görüşüb

UTVXƏBƏR :       ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən azərbaycanlı icmasının bir qrup üzvünün Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgürlə görüşü keçirilib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Görüş zamanı icma üzvləri Mehriban Nəsib, Esmira Əsgərova və Elnur Səfərov baş konsula soydaşlarımızın fəaliyyəti haqqında ətraflı məlümat veriblər. Onlar bildiriblər ki, Azərbaycan həqiqətləri ilə bağlı keçirilən müxtəlif tədbirlərdə və aksiyalarda hər zaman Türkiyə diasporunun dəstəyini hiss ediblər. Ermənistanın 12 iyul tarixli Tovuz təxribatları və 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində "Bir millət, iki dövlət"in diaspor təşkilatları bir araya gələrək Azərbaycan dövlətinə dəstək aksiyaları keçiriblər. Soydaşlarımız göstərdiyi fədakarlığa görə Türkiyə diasporuna təşəkkür ediblər. 

Baş konsul Reyhan Özgür qazandığı parlaq Zəfərə görə qardaş Azərbaycanı təbrik etdiyini bildirib. Qeyd edib ki, Qarabağın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xəbəri bütün Türkiyədə sevinclə qarşılanıb. Azərbaycan və Türkiyə həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatlarımızın birgə fəaliyyətindən məmnunluq ifadə edilib.

Görüş zamanı 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr və Türkiyə diasporu ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 11 Gün öncə
BIST
1391-1,63
ALTIN
495,421-0,34
EURO
10,3510-0,26
DOLAR
8,71800,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı