QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1501_olk-d-pul-kutl-sinin-h-cmi-v-manatin-dovretm-sur-t

İQTİSADİYYAT

Hamısı

Ölkədə pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb

(6 Ay, 1 Gün öncə) 536 İzlenme 1 Yorum
Ölkədə pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb

Dekabrın 1-nə olan göstəricilərə əsasən Azərbaycanda geniş pul kütləsinin həcmi 27 milyard 147,1 milyon manat olub.

UTVXƏBƏR    - in məlumatına  görə, bu rəqəm ilin əvvəli ilə müqayisədə 4,8 faiz az, ötən aya nisbətən 0,7 faiz çox olub.

Ölkədəki geniş pul kütləsinin manatla həcmi isə 18 milyard 613,8 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə manatla olan geniş pul kütləsinin həcmi 3,7 faiz, əvvəlki ay ilə müqayisədə 0,2 faiz artıb

Eləcə də, Azərbaycanın xalis xarici aktivlərinin həcmi 17 milyard 744,1 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bu, 0,4 faiz az, öncəki aya nisbətən isə 11 faiz çoxdur.

Bankın xalis daxili aktivlərinin həcmi isə 9 milyard 403 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 12,2 faiz, əvvəlki ayın sonuna olan göstəricilərlə müqayisədə isə 14,2 faiz azdır.

Noyabr ayının sonuna qədər Azərbaycan manatının dövretmə sürəti 3.79 bənd təşkil edib. Bu göstərici əvvəlki ay 3.78 bənd olub. İlin əvvəli isə manatın dövretmə sürəti 4.36 bənd təşkil edib.

 

.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 17 Gün öncə
BIST
1408-0,21
ALTIN
498,5030,31
EURO
10,3799-0,02
DOLAR
8,6892-0,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı