QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1500_abxaziyanin-bank-kartlarinin-erm-nistanda-taninmas

DÜNYA

Hamısı

Abxaziyanın bank kartlarının Ermənistanda tanınmasına Tibilisi necə reaksiya verir? - GÜRCÜSTANDAN ŞƏRH

(6 Ay, 25 Gün öncə) 345 İzlenme 1 Yorum
Abxaziyanın bank kartlarının Ermənistanda tanınmasına Tibilisi necə reaksiya verir? - GÜRCÜSTANDAN ŞƏRH

UTVXƏBƏR :      Artıq bir neçə gündür ki, Gürcüstanda içində Ermənistanın da olduğu bəzi xarici ölkələrdə “Abxaziya” bank kartları ilə ödəmənin mümkün olduğu məlumatları müzakirə edilir. Qondarma Abxaziyada bir neçə il əvvəl özlərinin “milli” ödəmə kartı sistemi APRA-nı yaratmağa başlayıblar və indi o, Rusiyanın “Mir” sisteminin ödəniş infrastrukturlarına fəal şəkildə inteqrasiya olunur.

İqtisadi ekspert, Gürcüstanın Yeni İqtisadi Məktəbinin prezidenti Paata Şeşelidze  müsahibəsində Gürcüstan KİV-in qondarma Abxaziyada ödəmə sisteminin faktiki leqallaşdırılması ilə bağlı vəziyyəti həqiqətən müzakirə etdiyini təsdiqləyib:

“Lakin əslində hələ də dəqiq rəsmi məlumat yoxdur, hökumətimiz bu məlumatları təsdiqləmir və ya təkzib etmir”.

“Məncə, bu məsələyə mədəni yanaşılmalıdır. Biz ki, orada insanların yaşadığını, bankların olduğunu anlayırıq. Bank əməliyyatları üçün özünün, Gürcüstanın kanalını təklif etmək lazımdır. Yeri gəlmişkən, Abxaziya elektrik enerjisini Gürcüstandan alır”, - deyə P.Şeşelidze qeyd edib.

- Bəs siyasi aspektlər barədə nə düşünürsünüz? Tibilisi bu kartların qonşu Ermənistan da daxil olmaqla digər ölkələrdə tanınmasına necə reaksiya göstərməlidir?

- Təkrar edirəm: bütün bank əməliyyatlarının sistemimizdən keçməsini təmin etməliyik. Əlbəttə ki, Abxaziya kartlarının digər ölkələrdə istifadəsini əngəlləmək üçün çox sayda resurslarımız yoxdur, xüsusən də, onlar Rusiyanın “Mir” ödəmə sisteminə inteqrasiya olunurlarsa, amma cəhd etməyə dəyər.

Digər ölkələrə, məsələn, Ermənistana münasibətdə olan siyasi reaksiyaya gəlincə, daha sərt davranmalıyıq. Yeri gəlmişkən, həmin Ermənistan Abxaziyanı rəsmən tanımayıb. Düşünürəm ki, belə bir sərt reaksiya gələ bilər.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 11 Gün öncə
BIST
1391-1,63
ALTIN
495,421-0,34
EURO
10,3510-0,26
DOLAR
8,71800,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı