QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1495_-ming-cevir-sus-lifi-asc-l-gv-edilib-torpaq-sah-si

RƏSMİ

Hamısı

“Mingəçevir Şüşə Lifi” ASC ləğv edilib, torpaq sahəsi Təhsil Nazirliyinə verilib - SƏRƏNCAM

(7 Ay, 7 Gün öncə) 598 İzlenme 0 Yorum
“Mingəçevir Şüşə Lifi” ASC ləğv edilib, torpaq sahəsi Təhsil Nazirliyinə verilib - SƏRƏNCAM

UTVXƏBƏR :      Prezident İlham Əliyev “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə sərəncam imzalayıb.

Sərəncamla, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsil infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamının 1-ci hissəsinin 9-cu bəndi ləğv edilib.

Nazirlər Kabinetinə aşağıdakı məsələr tapşırılıb:

1. Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin;

2. “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görsün;

3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq tapşırılıb.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 23 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı