QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1488_socar-in-turkiy-d-ki-t-sisind-n-az-rbaycan-budc-si

RƏSMİ

Hamısı

SOCAR-ın Türkiyədəki təsisindən Azərbaycan büdcəsinə ödənişlər edilib? - AÇIQLAMA

(9 Ay, 1 Gün öncə) 642 İzlenme 1 Yorum
SOCAR-ın Türkiyədəki təsisindən Azərbaycan büdcəsinə ödənişlər edilib? - AÇIQLAMA

“STAR NEZ tərəfindən bu günə qədər Azərbaycana dividend ödənilməyib”.

UTVXƏBƏR    -ın məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in Baş direktoru Anar Məmmədov STAR NEZ-in mənfəətindən Azərbaycanın dövlət büdcəsinə birbaşa ödənişlərin həyata keçirilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, STAR Neft Emalı Zavodu bu il böyük bir məbləğdə kreditor ödəmələri həyata keçirib:

“Hazırda şirkətin müəyyən kredit öhdəlikləri mövcuddur. Ona görə də, müəssisə tərəfindən Azərbaycana dividend ödənilməyib”.

“Bu layihə həyata keçirilərkən “Petkim Petrokimya Holdinq”in də iştirakı ola bilər. Bu günə qədər bu layihə “SOCAR Türkiyə Enerji” tərəfindən idarə olunub. Həmin layihənin bugünkü vəziyyətindən danışsaq deyə bilərik ki, texniki işlər davam etdirilir. İşlərin gedişi pandemiyanın da təsiri ilə müəyyən qədər yavaşladı. Bizim potensial layihədəki partnyorumuz BP şirkəti bildiyimiz kimi tamamilə neft-kimya sənayesindən çıxdı.

2020-ci ildə bütün neft-kimya zavodlarını və təsislərini satdı. Bunun isə layihəyə təsirini növbəti dövrdə müşahidə edəcəyik. Bu layihə üzrə axırıncı dəyərləndirmə 2021-ci ildə gözlənilir”.

Baş direktor əlavə edib ki, BP şirkətinin neft-kimya bazarından çıxması o demək deyil ki, əməkdaşlığa son qoyulub. Danışıqlar və müzakirələr hələ də davam edir. Hazırda texniki işlər BP komandası ilə birgə həyata keçirilir.

Növbəti dövrdə isə Türkiyədə yeni neft emalı zavodunun tikilməsi ilə bağlı planın olmadığını qeyd edib:

“Bu gün mövcud məsələ gündəmimizdə deyil. Biz gələcək fəaliyyətlərimizi SOCAR-ın strategiyasına uyğun olaraq neft-kimya sahəsində görürük. Sadəcə Türkiyədə deyil, ümumiyyətlə SOCAR-ın strategiyası bundan ibarətdir”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 17 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı