QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1475_evi-t-rk-ed-n-covid-19-x-st-l-rin-cinay-t-isi-acil

RƏSMİ

Hamısı

Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

(6 Ay, 1 Gün öncə) 187 İzlenme 0 Yorum
Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

UTVXƏBƏR :      Xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 25-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Saxlanılanlardan 13 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan iki nəfər xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 13 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.

COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 17 Gün öncə
BIST
1410-0,07
ALTIN
498,4730,31
EURO
10,3798-0,02
DOLAR
8,6916-0,11
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı