QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1472_babasini-v-n-n-sini-oldurdu-qardasinin-evini-yandi

HADİSƏ

Hamısı

Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı

(9 Ay, 1 Gün öncə) 249 İzlenme 0 Yorum
Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı

İsmayıllı rayonunda babasını öldürən Vüsal Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

UTVXƏBƏR    - in məlumatına görə ,  Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il mayın 10-da Bizlan kəndində qeydə alınıb.

1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib.

Daha sonra qardaşının evinə gedərək onu öldürmək istəsə də, qardaşının qaçdığını görərək evini yandırıb.

İsmayıllı Rayon Polis Şöbəsinin və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

V.Qədirova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 17 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı