QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1461_koordinasiya-surasinin-ilk-iclasi-kecirilib-foto

RƏSMİ

Hamısı

Koordinasiya Şurasının ilk iclası keçirilib - FOTO

(9 Ay, 28 Gün öncə) 551 İzlenme 0 Yorum
Koordinasiya Şurasının ilk iclası keçirilib - FOTO

UTVXƏBƏR :        Koordinasiya Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi, Avropa Şurasının müvafiq ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq beşinci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Koordinasiya Şurasının birinci iclası keçirilib. 

Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Koordinasiya Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycanda açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, habelə açıq hökumətin təşviqi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib.

Fəaliyyət Planının 3-cü hissəsinə əsasən, PL/TMM üzrə Milli Risk Qiymətləndirilməsinin dövri qaydada aparılması, milli qanunvericiliyin beynəlxalq PL/TMM standartları ilə uyğunlaşdırılması, eləcə də Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycana münasibətdə həyata keçirilməsi planlaşdırılan 5-ci raund qiymətləndirilmə prosesinə hazırlığın əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının və ictimai birliklərin vəzifəli şəxslərindən ibarət Koordinasiya Şurası yaradılıb.

Sonra İqtisadiyyat nazirinin müavini-Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Rövşən Nəcəf MRQ-nin həyata keçirilməsinin hüquqi əsasları, PL/TMM sistemi üzrə qiymətləndirmə prosesi barədə məlumat verib.

Tədbirdə vurğulanıb ki, 2014-2015-ci illərdə birinci MRQ-nin aparılması zamanı müxtəlif metodologiyalardan, o cümlədən Dünya Bankının təqdim etdiyi metodologiyadan istifadə olunub. Görüşdə həmçinin, Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən spesifik sahələr üzrə strateji təhlillərin və risk qiymətləndirmələrinin aparılması məqsədilə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində Avropa Şurası, qeyri-hökumət təşkilatları üzrə PL/TM risklərinin qiymətləndirilməsi üçün isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə növbəti ildə əməkdaşlıq, eləcə də PL/TMM sisteminin qiymətləndirilməsi üçün aidiyyəti işçi qrupların yaradılması təklif edilib.

Bildirilib ki, 2022-ci ildə Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın PL/TMM sisteminin 5-ci raund qiymətləndirilməsinin başlanılması gözlənilir. Belə ki, həm milli qanunvericiliyin Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən PL/TMM üzrə qəbul edilən beynəlxalq standartlara uyğunluğu, həm də PL/TMM sisteminin fəaliyyət effektivliyi qiymətləndiriləcək.

Tədbirdə PL/TMM sisteminin qiymətləndirilməsi üzrə yaradılması təklif olunan işçi qrupların fəaliyyət mexanizmi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 13 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı