QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1459_bas-nazir-li-s-dovun-gurcustanli-h-mkari-arasinda-

RƏSMİ

Hamısı

Baş nazir Əli Əsədovun gürcüstanlı həmkarı arasında telefon danışığı olub

(9 Ay, 1 Gün öncə) 582 İzlenme 0 Yorum
Baş nazir Əli Əsədovun gürcüstanlı həmkarı arasında telefon danışığı olub

 UTVXƏBƏR :         Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən bildirilib ki, Baş nazir Əli Əsədov Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin edilməsi, həmçinin keçən ay ölkəsində keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.

Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyəsinin iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirmək, strateji tərəfdaşlığı dərinləşdirmək istəyini əks etdirdiyi vurğulanıb.

Azərbaycan və Gürcüstan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli ikitərəfli əlaqələrin birgə səylərlə daha da möhkəmlənməsinin təmin ediləcəyinə əminlik ifadə olunub.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 16 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı