QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1457_heyd-r-liyev-fondu-v-bravo-xocav-ndd-olub-foto

CƏMİYYƏT

Hamısı

Heydər Əliyev Fondu və “Bravo” Xocavənddə olub - FOTO

(10 Ay, 0 Gün öncə) 406 İzlenme 0 Yorum
Heydər Əliyev Fondu və “Bravo” Xocavənddə olub - FOTO

Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirdikləri dəstək aksiyasını davam etdirirlər. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır.

UTVXƏBƏR    - in məlumatına görə , işğaldan azad olunan ərazilərdə Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub.

Dekabrın 25-də səfər etdiyimiz bu ərazilərdə uzun illərdən sonra Azərbaycan əsgəri xidmət aparır. Qalib ordunun qəhrəman əsgərləri indi fəxrlə Vətənin keşiyində dayanıblar. Hərbçilərlə söhbət zamanı bir daha şahid olduq ki, Azərbaycan əsgəri şanlı tarix yazaraq işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə yerinə yetirir. Qoşunlarımızın təminatının yüksək səviyyədə olması ilk baxışdan hiss edilirdi. Əsgərlər də bunu təsdiqlədilər.

Həmsöhbət olduğumuz əsgər Hənifəyev 15 aydır Vətənin keşiyindədir. Deyir ki, bu torpaqlarda xidmət etməkdən qürur duyur: “Qalib ordunun qalib əsgəri kimi xidmət edirəm. 44 günlük döyüş yolu mənə sözlə ifadə edə bilməyəcəm bir duyğu bəxş edib”.

Əsgər Sadıqzadə də 15 aydır həqiqi hərbi xidmətdədir və daim torpaqlarımızı yağı düşməndən azad etmək eşqi ilə yaşayıb. Onun bu arzusu reallığa çevrilib. İndi o da digər qalib döyüşçülərimiz kimi fəxrlə xidmətini davam etdirir.

Digər əsgər Ağazadə isə Vətən müharibəsinə könüllü gəlib. Deyir ki, bu döyüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt sanır. “Çünki 30 illik həsrətə son qoyan şanlı ordunun sıralarındayam. Döyüş zamanı da hər birimizin əhval-ruhiyəsi yüksək olub, bu gün də eyni qaydada xidmətimizi davam etdiririk”, - deyə Ağazadə söyləyir.

Müddətdən artıq xidmətçi Quliyev də xidmətini şərəflə davam etdirir: “Mən bir ildir xidmətdəyəm. Mülki həyatda da bu arzu ilə yaşayırdım ki, torpaqlarımızı tezliklə düşmənlərdən azad edək. Bu günü yaşadım, 44 gün döyüşlərdə iştirak etdim. Şanlı ordunun sırasında olmaq mənim üçün ən böyük şərəfdir”.

Leytenant Şahverdiyev isə söyləyir ki, əsgərdən zabitədək hər kəs yüksək əhval-ruhiyədədir. “Çünki bu döyüş Vətən müharibəsi idi. Vətən uğrunda da təkcə hərbçilər yox, xalqımız döyüşdü. Ordu-xalq birliyi sayəsində düşmənə qısa müddətdə sarsıdıcı zərbələr vurulurdu. Bu gün də şəxsi heyət yüksək əhval-ruhiyə ilə xidmətini davam etdirir”.

Görüş zamanı “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırdı, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə aldılar.

Beləliklə, hərbi qulluqçularımız üçün həyata keçirilən dəstək aksiyası daha bir ünvanda da reallaşdı.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı