“Son bir ayda 4 500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”.
UTVXƏBƏR -in məlumatına görə , bunu parlamentin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Sahil Babayev deyib.
Nazir bildirib ki, bu il 1 500 mənzil və fərdi ev bu kateqoriyadan olan insanlara təqdim ediləcək:
“Ümumilikdə isə 9 mindən çox fərdi ev və mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib”.