QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1432_mill-t-v-kili-h-rbcil-rin-pul-t-minatlarinin-artir

İQTİSADİYYAT

Hamısı

Millət vəkili hərbçilərin pul təminatlarının artırılmasını təklif etdi

(10 Ay, 26 Gün öncə) 285 İzlenme 0 Yorum
Millət vəkili hərbçilərin pul təminatlarının artırılmasını təklif etdi

 

“Büdcə layihəsi kifayət qədər uğurlu hazırlanıb və 2021-ci ildə qarşımızda duran vəzifələrin icrası üçün ciddi təminatlar yaradır”.

UTVXƏBƏR    - in məlumatına görə , bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, pandemiyanın yaratdığı iqtisadi böhrana baxmayaraq, gələn ilin büdcəsində kifayət qədər artımın nəzərdə tutulması Prezidentin və hökumətin ciddi nailiyyətidir:

“Bilirsiniz ki, bir çox ölkələrdə nəinki artım nəqəzərdə tutulmur, əksinə, büdcədə əhəmiyyətli dərəcədə azalmalar baş verir”.

Azay Quliyev deyib ki, deputatlar büdcə ilə bağlı verdiyi təkliflərdə əsas prioriteti orduya, əsgər və zabitlərimizin maddi və sosial məsələlərinin daha da yaxşılaşdırılmasına yönəltməlidirlər.

O, bir sıra təkliflər də səsləndirib. Deputat müddətli hərbi qulluqçuların fərdi ehtiyaclarını qarşılamaq üçün verilən aylıq maaşa və ya pul təminatına yenidən baxılmasını vacib sayıb:

“Müddətli həqiqi hərbi xidmət qulluqçularının (əsgər və çavuşların) gündəlik fərdi ehtiyaclarını qarşılamaq üçün aylıq maaşları artırılmalıdır; hazırda əsgər 13 manat, baş əsgər 16 manat, çavuş 22 manat alır. Döyüş bölgəsində bu rəqəmlər bir az fəqlidir, iki dəfə çoxdur. Ancaq təbii ki, bu da kifayət etmir. Təklif edirik ki, bu rəqəm an azı iki dəfə artırılsın”.

A.Quliyev müharibə zamanı hərbi xidmətə  çağırılan və ya könüllü iştirak edən şəxslərə birdəfəlik ödənilən aylıq pul vəasitinin həcminə yenidən baxılmasını da təklif edib:

“Sentyabrın 27-dən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə hər ay üçün 360 manat ödəniləcək. Bu adamların əməyini heç bir pulla ödəmək mümkün deyil, lakin bu rəqəm də çox azdır. Yaxşı olar ki, birdəfəlik bu pul təminatı ən azı iki dəfə artırılsın. Bu artım hamıya mümkün olmasa belə, heç olmasa müharibəyə qədər işlədiyi yerdən əməkhaqqı alanlar istisna olmaqla, heç bir yerdə işləməyənlərə bu təminat artırılsın. Bu hərbi qulluqçuların bəzilərinin ailəsi kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkirlər.

Bir də əgər bu adamlar şəhid və qazi olmayıblarsa, onlar qəhrəmandırlar və ölkəmiz üçün etdiklərinin müqabilində lazımi diqqətlə təmin olunmalıdırlar”.

Deputat müddətdən artıq xidmətdə olan zabit və gizirlərə nəzərdə tutulan 128 manatla bağlı məsələ də qaldırb:

“Nazirlər Kabinetinin son qərarına görə müddətdən artıq xidmətdə olan zabit və gizirlərə 64 manatlıq ərzaq pulu 128 manata qaldırılıb, lakin bu vəsaiti hələ də almayan hərbi qulluqçularımız var. Mən çox istərdim ki, hörmətli Maliyyə naziri bu suala aydınlıq gətirsin. Bu vəsait ödənilir və ya builki büdcədə nəzərdə tutulubmu? Əgər tutulmayıbsa xahiş edərdim ki, bu məbləğ nəzərə alınsın”.

A.Quliyev şəhid ailələri, qazi və veteran təşkilatlarının Konfederasiyasının yaradılmasını və bu quruma dövlət büdcəsindən hər il birbaşa vəsait ayrılmasını da təklif edib:

“Böyük Vətən Müharibəsi veteranları təşkilatları büdcədən birbaşa dotasiya alırlar. Lakin Qarabağ müharibəsinin şəhid ailələri, veteranları və qazilərinin hüquqlarını qoruyan təşkilatlar maliyyələşmir. Düzdür, bu kateqoriyadan olan təşkilatların sayı çoxdur və onların hamısına ayrılıqda birbaşa büdcədən vəsait ayırmaq mümkün deyil. Ona görə də bu qurumlar bir konfedarsiyada birləşsə və onlara dövlət tərəfindən birbaşa və ayrıca büdcə xətti ilə maliyyə yardımı ayrılsa, yaxşı olar. Konfederasiaya yeni yaradılmış və uğurla fəaliyyət göstərən YAŞAT Fondunun işinə dəstək olar. İnteqrasiya və psixoloji yardımların təmini üçün bu qurumların fəaliyyətinin koordinasiyası çox vacibdir”.

A.Quliyev informsiya müharibəsində yeni çağırışlara hazır olmağın vacibliyini də diqqətə çatdırıb:

“Gələn il informasiya müharibəsində iştirak edən bır sıra qurumlara ayrılan vəsaitə yenidən baxmaq lazımdır. Qarşıda bizi çox ciddi sınaq gözləyir. Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, xarici ölkələrin vətəndaş cəmiyyəti institutları, media nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlarla adekvat işin qurulmasına xüsusi diqqət yetirməliyik.

Xarici ölkələrdəki səfirliklərimizə, XİN-in yanında fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinə və Diaspor Komitəsinə bu məqsədlə ayrılan vəsaitin 10-20 faiz civarında artırılması məsələsinə baxıla bilər”.

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 11 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı