QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1431_-neftci-nin-qis-cempionlugu-vv-ll-r-nec-d-f-olub-

İDMAN

Hamısı

“Neftçi”nin qış çempionluğu: Əvvəllər neçə dəfə olub?

(9 Ay, 29 Gün öncə) 613 İzlenme 1 Yorum
“Neftçi”nin qış çempionluğu: Əvvəllər neçə dəfə olub?

UTVXƏBƏR :          Azərbaycan Premyer Liqasında qış çempionu adını “Neftçi” qazanıb.

Dünən “Neftçi” “Keşlə”yə 2:1 hesabı ilə qalib gəlməklə, mövsümün qış fasiləsinə birinci yerdə yollanıb.

Bu, paytaxt təmsilçisinin tarixində doqquzuncu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.

Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir. “Qarabağ”ın isə yeddi belə uğuru var.

“Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər beş mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.

Qeyd edək ki, “Neftçi” daha əvvəl 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12 və 2018/19 mövsümlərində də qış çempionu ola bilib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 14 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı