QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1397_az-rbaycandan-rusiyaya-m-hsul-ixracina-icaz-verild

RƏSMİ

Hamısı

Azərbaycandan Rusiyaya məhsul ixracına icazə verildi

(9 Ay, 29 Gün öncə) 454 İzlenme 0 Yorum
Azərbaycandan Rusiyaya məhsul ixracına icazə verildi

UTVXƏBƏR   - in məlumatına görə , Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.

 

AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzo”) ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən - “Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı” MMC, “Səma Agro” MMC, “Xızı Aqropark” MMC, “ART GREEN” MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.

 

Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan

Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin
artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar
əsasında verdiyini bəyan edib.

 

Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə
Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.


Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3
alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 13 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı