UTVXƏBƏR - in məlumatına görə , Azərbaycanda koronavirusa (COVID-19) 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 40 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 51795 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 13034, hazırkı dövrədək isə 2115991 test aparılıb.
Ümumi ölənlərin sayı 2380 nəfərdir.
181