QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1382_elcan-m-miyev-ilham-liyev-qalib-s-rk-rd-muz-ff-r-a

CƏMİYYƏT

Hamısı

Elcan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!

(7 Ay, 8 Gün öncə) 355 İzlenme 0 Yorum
Elcan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!

UTVXƏBƏR:      Faşizmi bayraq etmiş bədniyyət qonşumuzun işğalçı ordusuna birmənalı şəkildə qalib gəlməyimizin və bununla da otuz ilə yaxın həsrətində olduğumuz ərazi bütövlüyümüzü bərpa etməyimizin çoxsaylı səbəbləri var. Həmin səbəbləri politoloq və siyasətçilərin hərəsi bir şəkildə şərh edir. Ali Baş Komandanın qətiyyətini, dövlətin iqtisadi qüdrətini, ordunun maddi-texniki bazasının müasirliyini, əsgər və zabitlərin rəşadətini, qardaş Türkiyənin dəstəyini qabardanların hamısı haqlıdırlar. Ancaq mən daha bir məqamı xüsusilə yada salmaq istəyirəm.

Qələbə ərəfəsində – sentyabrın 27-dən sonra bütün azərbaycanlılar özlərini Qara­bağda hiss edirdilər. Ölkənin hər qarışının Qarabağa çevrilməsinin ən ali nəticəsini isə “Ərazilərimizin 20 faizini 30 il işğalda saxlayan faşist Ermənistanı üzərində şanlı Qələbə” adlandırırıq. Çünki dövlət başçımızın dediyi kimi, ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları torpaqlarımızdan qov­muşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz.

Bu məqamda xatırladaq ki, Heydər Əliyev siyasi kursu və Prezident İlham Əliyevin yorul­madan, ardıcıllıqla, məqsədyönlü siyasi-diplomatik fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də möhtəşəm əks-sədasını verməkdədir. Yəni bu gün Azərbaycanın haqq işini ən yüksək səviyyədə dəstəkləyən ölkələr, bizim nailiyyətlərimizə lazımi qiymət verən siyasətçilər istənilən qədərdir.

Kütləvi informasiya vasitələri yazırlar ki, Rusiya Federasi­yasının Prezidenti Vladimir Putin “Rossiya 24” telekana­lına müsahibəsində müasir Azərbaycan həqiqətlərini məhz obyektiv şəkildə dilə gətirib. “Heç kim, hətta Ermənistan belə Dağlıq Qarabağın müstəqilliyini tanıma­yıb” – deyən Vladimir Putin əlavə edib: “Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, KTMT müdaxilə edə bilməzdi, çünki heç kim Ermənistana hücum etməyib”.

Rusiya Prezidenti ermənilərə xatırladıb ki, bu məsələni həll etmək üçün hələ 2013-cü ildə hazırlanmış təkliflər qəbul olun­saydı, Qarabağdakı müharibənin qarşısını almaq olardı. Ancaq ermənilərə nəinki 2013-cü ildə, ondan əvvəllər də dəfələrlə xilas olmaq şansı verilmişdi. Hətta son döyüşlərin getdiyi günlərdə də Azərbaycan Prezidenti xarici mətbuata verdiyi müsahibələr vasitəsilə Ermənistan rəhbərliyinə deyirdi ki, işğal olunmuş torpaq­larımızdan çıxsanız, biz dərhal hərbi əməliyyatları dayandırarıq. Dərk eləmədilər, anlamadılar. Yekəxanalıq, özündənrazılıq və ən əsası, erməni xəstəliyi onları məhv etdi.

Nəticədə isə rəzilcəsinə, rüs­vayçılıqla, alçaldılmaqla məğlub oldular. Bu məqamı Azərbaycan Prezidenti İlham Əliyev xalqa noyabrın 10-da ünvanladığı tarixi müraciətində daha aydın şəkildə ifadə etmişdir: “Onların, demək olar ki, bütün texnikasını məhv et­mişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hü­quqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayaca­ğıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meyda­nında duruş gətirə bilmədilər, qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər. Gəncə şəhərini Ermənistandan ballistik raketlərlə vurmaq alçaqlıqdır, alçaq hərəkətdir, cinayətdir. Bərdəni kasetli bombalarla atəşə tutmaq hərbi cinayətdir”.

İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi.

Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran elədi, daşı daş üstündə qoymadı, təbiətimizə qənim kəsildi, yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz tikdi. Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdılar. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlara dönməyəcək. Düşmən anlaya bilməmişdir ki, 30 illik uzun bir ayrılıq belə Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Axı, Qarabağ Azərbaycandır!

Hələ Azərbaycan prezidenti İlham Əliyev Rusiyada dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə “Qarabağ-bu Azərbaycandır. Nida işarəsi” deyəndə işğalçı Ermənistana və beynəlxalq aləmə mesajını verilmişdi. Hər zaman verdiyi vədə sadiq qalan dövlət Başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuliyə, Cəbrayıla səfəri, min illərin şahidi Xudafərin körpüsünə baş çəkməsi möhtəşəm Qələbəmizin nidası oldu.

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, ermənilərin həyasızcasına bizi müharibəyə təhrik etməsi, “daha çox ərazilər ələ keçirmək üçün yeni planlar cızması” onlara təkcə işğal etdikləri ərazilərimizin əldən çıxması ilə deyil, həm də digər bir böyük itkilərlə başa gəldi. Belə ki, müharibənin başa çatma­sı ilə bağlı imzalanan üçtərəfli bəyanatın müddəalarına əsasən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi də reallaşdırılacaq.

Dövlət başçımız xatırlatdı ki, bu sənəd həm bütün kommuni­kasiyaların, yolların açılmasını, həm də yeni nəqliyyat — kommu­nikasiya infrastrukturunun yara­dılmasını nəzərdə tutur: “Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi ad­dım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Nax­çıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, – çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülür­dü, – faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zaman­da, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.

Ermənistan dövlətini diz çökdürüb, Paşinyanın ordusu­nu darmadağın edən kim idi? 1988-93-cü illərdə öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların övladları. Bu gənclər “yenilməz Ermənistan ordusu”na qan uddurdular, Nikol Paşinyanı ermənilərin silinməz ləkəsi kimi tarixə yazdılar.

Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Mülki əhaliyə atəş açmayan ordu məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır.
Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır. Azərbaycan yağı düşmən üzərində inamlı zəfər çalmışdır…

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu.

Bəli, bu gün Müzəffər Ali Baş Komandanımızın doğum günüdür!
Biz də Media Agentliyi olaraq təbrik edir, hər zaman bol uğurlar arzulayırıq!
Şanslıyıq ki, sizin kimi Prezidentimiz var!

Elcan Məmiyev / Özəl yazılar silsiləsindən…


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı