QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1378_horadiz-mincivan-erm-nistan-s-rh-di-istiqam-tind-y

RƏSMİ

Hamısı

Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətində yol tikintisi layihələri ilə bağlı RƏSMİ AÇIQLAMA

(4 Ay, 29 Gün öncə) 200 İzlenme 0 Yorum
Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətində yol tikintisi layihələri ilə bağlı RƏSMİ AÇIQLAMA

 UTVXƏBƏR     - in məlumatına görə ,hazırda Azərbaycanın azad edilmiş ərazilərində Avtomobil Yolları Dövlət Agentliyi, digər yerli şirkət və iki Türkiyə şirkəti tərəfindən Şuşa şəhəri istiqamətində yol tikintisi üzrə genişmiqyaslı iş aparılır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, layihə beş hissəyə bölünüb:

 

“Dağlıq, çətin keçilən ərazilərdə, eləcə də meşə massivləri olan ərazilərdə yerləşən yolların tikintisi ilə bağlı iki hissədə işlər türk şirkətləri tərəfindən həyata keçirilir. Layihənin digər hissələri çərçivəsində işləri Azərbaycan şirkəti və bizim agentlik aparır”.

A.Nəcəfli qeyd edib ki, paralel olaraq yolun genişləndirilməsi də həyata keçirilir:

“Tikinti işləri əvvəllər yolların olmadığı bölgədə aparılır. Buna görə də yol sahəsinin genişləndirilməsi məqsədilə qrunt işləri reallaşdırılır. Bunun üçün zəruri texnika və işçi qüvvəsi cəlb edilib”.

Bundan başqa, Göygöl-Toğanalı, Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətlərində yol tikintisi layihələri hazırlanır:

“Bu layihələr müvafiq dövlət orqanları tərəfindən təsdiq edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə yol tikintisi layihələrinin təsdiq olunmasında sonra qeyd olunan ərazilərdəki işlərə Türkiyə və yerli şirkətlər, eləcə də, AAYDA cəlb olunacaq”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 13 Gün öncə
BIST
1330-2,56
ALTIN
472,5110,04
EURO
9,84020,86
DOLAR
8,18050,90
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı