QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1370_s-hidin-x-rc-ng-x-st-liyind-n-ziyy-t-c-k-n-18-yasl

CƏMİYYƏT

Hamısı

Şəhidin xərçəng xəstəliyindən əziyyət çəkən 18 yaşlı bacısına dəstək olaq - FOTO

(5 Ay, 26 Gün öncə) 451 İzlenme 1 Yorum
Şəhidin xərçəng xəstəliyindən əziyyət çəkən 18 yaşlı bacısına dəstək olaq - FOTO

 UTVXƏBƏR :    Vətən müharibəsində iştirak edərək, qəhrəmancasına şəhid olan Əzizov Qüdrətin bacısı xərçəng xəstəliyindən əziyyət çəkir.

18 yaşlı Ayna Əzizova 2018-ci ildən sümük xərçəngindən əziyyət çəkir. Qardaşının şəhid xəbərini alan Aynanın vəziyyəti ağırlaşıb. Onun sizin köməyinizə ehtiyacı var.

Şəhid atası Bəhruz Əzizov ikinci övladının sağlamlığına qovuşması üçün dəstək istəyir:

“Qızım Ayna 18 yaşındadır. 2018-ci ildən sümük xərçəngindən əziyyət çəkir. Milli Onkologiya Mərkəzində müalicə olunub. Bir il öncə sol qolu dirsəkdən aşağı amputasiya olunub. Müalicəsi davam edirdi, ağrıları azalmışdı. Qardaşının şəhid xəbərini alandan sonra stress, gərginlikdən xəstəlik yenidən baş qaldırdı.

Aynanı yenidən xəstəxanaya yerləşdirdik. İki övladım var. Allah bütün şəhidlərə rəhmət eləsin, biri Vətən uğrunda canından keçdi. İkinci övladım da gözümün qarşısında əziyyət çəkir. Çətindir, valideyn üçün övladları ilə sınanmaq çox ağırdır”.

B.Əzizov deyir ki, qızının ağrıları çox güclüdür:

“Əsas ağrıkəsicilərə ehtiyac var. Ayna şiddətli ağrılara dözə bilmir. Müalicəsi üçün də həkimlər bir söz deməyib. Söhbətlərindən başa düşdüyüm odur ki, əllərindən gələni ediblər. Bəlkə xaricdə hansısa həkim Aynanın dərdinə dərman ola bilər. Atayam, mən bu qədər zülm çəkirəmsə, anası onun itkisinə dayana bilməz. Kömək edən, edəcək olan hər kəsdən Allah razı olsun”.

Xatırladaq ki, Ayna Əzizovanın atası ilə 050 611 62 88 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

Şəhidin 18 yaşlı bacısının müalicəsinə dəstək olmaq istəyən şəxslər aşağıdakı bank hesabı vasitəsilə kömək edə bilərlər.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    3 Ay, 10 Gün öncə
BIST
14600,41
ALTIN
502,017-0,06
EURO
10,19370,81
DOLAR
8,35130,32
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı