QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1366_vladimir-putin-ilham-liyevi-t-brik-edib

GÜNDƏM

Hamısı

Vladimir Putin İlham Əliyevi təbrik edib

(8 Ay, 13 Gün öncə) 539 İzlenme 0 Yorum
Vladimir Putin İlham Əliyevi təbrik edib

 UTVXƏBƏR :    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə “RİA Novosti” Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə, həmçinin, təbrik teleqramı da göndərib:

“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olub.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfəniz çox böyükdür. Ümid edirəm ki, birgə səylərimizlə bütün sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan münasibətlərini bundan sonra da inkişaf etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, sizə cansağlığı, firavanlıq və dövlət fəaliyyətinizdə uğurlar diləyirəm. Fürsətdən istifadə edərək ailənizə ürəkdən salamlarımı çatdırmaq istəyirəm”.

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 27 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı