QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1361_-xari-bulbul-beyn-lxalq-turniri-baslayir

İDMAN

Hamısı

“Xarı Bülbül” beynəlxalq turniri başlayır

(6 Ay, 27 Gün öncə) 214 İzlenme 0 Yorum
“Xarı Bülbül” beynəlxalq turniri başlayır

  UTVXƏBƏR :    Bu gün Gənclər və İdman, eləcə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin Azərbaycan Kiberidman Federasiyası tərəfindən ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “COUNTER STRİKE”: “GLOBAL Offensive” oyunu üzrə “Xarı Bülbül” beynəlxalq turnirinə start veriləcək.  

Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Özbəkistan təmsilçiləri də iştirak edəcək.

Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Turnirə yalnız ölkələrinin milli seçmə turnirinin qalibləri qatılacaq.

Turnirin təşkilatçısı “Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudovun yarışın əhəmiyyəti barədə danışıb: “Xarı Bülbül” bizim 2020-ci ildə son yarışımız olacaq. Bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Xarı Bülbül Qarabağın milli simvoludur. Məhz buna görə yarışa bu ad seçilib. Turnir beynəlxalq çərçivədə təşkil olunur. Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Özbəkistan turnirdə iştirak edir. Fikrimcə çox maraqlı mübarizə izləyəcəyik.

Son illər kiberidmana dünyada eləcə də Azərbaycanda olan yüksək maraq bizi sevindirməyə bilməz. Artıq kiberidman gənclərin böyük əksəriyyətinin sevimli məşğuliyyətidir. Yeni ildən kiberidman həvəskarlarını çox maraqlı yarışlar gözləyir”.

Qeyd edək ki, yarış beş gün davam edəcək.

Yarışı canlı izləmək üçün:

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 11 Gün öncə
BIST
1391-1,63
ALTIN
495,421-0,34
EURO
10,3510-0,26
DOLAR
8,71800,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı