QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1337_rovn-q-abdullayev-socar-turkiy-nin-idar-hey-tinin-

GÜNDƏM

Hamısı

Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri oldu

(10 Ay, 29 Gün öncə) 344 İzlenme 0 Yorum
Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri oldu

 " UTVXƏBƏR "      SOCAR Türkiyə və Qrup şirkətlərindən Petkim Petrokimya Holding A.Ş. və STAR neft emalı zavodunun rəhbərliyində yüksək səviyyədə dəyişiklik olub.

 

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabr ayından etibarən SOCAR Türkiyə ilə yanaşı, şirkətin törəmə müəssisələri olan Petkim və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.

 

 

Türkiyənin ən böyük xarici investoru olan SOCAR-ın Türkiyədəki əməliyyatlarına Rövnəg Abdullayev rəhbərlik etməyə başlayıb. Vaqif Əliyevdən səlahiyyətləri təhvil alan Rövnəg Abdullayev İdarə Heyətinin sədri seçilib. Rövnəq Abdullayev hazırda icra etdiyi SOCAR prezidentliyi vəzifəsinə də davam edəcək. Vaqif Əliyevin isə SOCAR Türkiyə və törəmə müəssisələrindəki vəzifəsi İdarə Heyəti Sədrinin müavini kimi davam edəcək.

 

 

SOCAR Türkiyədəki fəaliyyətərini genişləndirəcək.

 

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qarşıdakı dövrlə əlaqədar biznesin inkişafı planında Türkiyədəki fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Türkiyə və Avropanın təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək ən mühüm layihələrdən biri olan TANAP-ın da İdarə Heyəti sədrliyini yerinə yetirən Rövnəq Abdullayev SOCAR-ın Azərbaycanın hüdudlarından kənarda ən böyük investisiyalarının yatırıldığı Türkiyə əməliyyatlarına da rəhbərlik edəcək. R. Abdullayev, SOCAR Türkiyə ilə yanaşı şirkətin nəhəng obyektlərinin yer aldığı Petkim və STAR neft emalı zavodunun da İdarə Heyətinin sədri vəzifələrini icra edəcək.

 

 

1965-ci ildə Naxçıvanda anadan olan Rövnəg Abdullayev, Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirib. 1989-cu ildə Azərbaycan neft sənayesinin rəmzi olan Neft Daşlarında mühəndis kimi əmək fəaliyyətinə başlayan R. Abdullayev, “28 May” NQÇİ-də şöbə rəisi, “Xəzərdənizneftqaztikinti” Trestində baş mühəndis və 1997-ci ildən müdir olaraq çalışıb. 2003-cü ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru olan R.Abdullayev, 2005-ci ildən bəri SOCAR-ın prezidenti kimi fəaliyyət göstərir.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 12 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı