QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1332_m-d-niyy-t-nazirliyi-qarabaglilara-muraci-t-edib

MARAQLI

Hamısı

Mədəniyyət Nazirliyi qarabağlılara müraciət edib

(6 Ay, 28 Gün öncə) 207 İzlenme 0 Yorum
Mədəniyyət Nazirliyi qarabağlılara müraciət edib

 " UTVXƏBƏR " :     Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağın mədəniyyət xəzinəsində bu elin insanlarının çoxəsrlik adət-ənənələri mühüm yer tutur.

 

 

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilən Qarabağımızın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə “Yurda qayıdış: Qarabağın adət-ənənələri” layihəsinə start verir.

 

Nazirlikdən bildirilib ki, layihədə iştirak etmək istəyən Qarabağ elinin insanları bölgənin milli köklərə söykənən rəngarəng həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarımızda mövcud olmuş adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı e-mail ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya Nazirliyin rəsmi sosial media hesablarına təqdim edə bilərlər.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 11 Gün öncə
BIST
1391-1,63
ALTIN
495,421-0,34
EURO
10,3510-0,26
DOLAR
8,71800,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı