QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1327_g-nc-d-stasionar-postda-covid-19-x-st-l-ri-saxlani

SƏHİYYƏ

Hamısı

Gəncədə stasionar postda COVID-19 xəstələri saxlanılıb - FOTO

(5 Ay, 27 Gün öncə) 563 İzlenme 0 Yorum
Gəncədə stasionar postda COVID-19 xəstələri saxlanılıb - FOTO

 " UTVXƏBƏR "     in məlumatına görə ,Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan şəhər sakinləri Cavid Allahverdiyevin və Dilbər Məmiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etdikləri müəyyən edilib.

 

 

Bundan başqa şəhərin girişində qurulmuş stasionar postda şəhər ərazisinə daxil olmaq istəyən 2 nəfər sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduqları aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Daşkəsən rayon sakinləri Əli Aqayev və Boris Rzayevin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

 

 

Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvana qaytarılmaları təmin olunub. Faktlarla bağlı toplanmış materiallar araşdırılması üçün Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    3 Ay, 10 Gün öncə
BIST
14600,41
ALTIN
501,898-0,08
EURO
10,19370,81
DOLAR
8,35130,32
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı