QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1322_az-rbaycan-konqresl-r-burosunun-direktoru-yeni-avr

GÜNDƏM

Hamısı

Azərbaycan Konqreslər Bürosunun direktoru “Yeni Avropa”nın tədbirlər sənayesinin ən nüfuzlu üzvi seçildi

(4 Ay, 1 Gün öncə) 226 İzlenme 0 Yorum
Azərbaycan Konqreslər Bürosunun direktoru “Yeni Avropa”nın tədbirlər sənayesinin ən nüfuzlu üzvi seçildi

 " UTVXƏBƏR " in məlumatına görə, İşgüzar tədbirlər sənayesində aparıcı nəşrlərdən hesab olunan “The Kongres Magazine” jurnalı 2020-ci il üzrə “Yeni Avropa”nın işgüzar tədbirlər sənayesinin ən nüfuzlu beş insanını təqdim edib.

 

 

Dövlət Turizm Agentliyindən bildiriblər ki, 2606 oxucunun iştirak etdiyi səsvermə nəticəsində işgüzar tədbirlər sənayesində müxtəlif ölkələri təmsil edən 36 rəhbər şəxs arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva birinci sırada qərarlaşıb.

 

 

Digər pillələrdə isə Macarıstan, Sloveniya və Serbiyanı təmsil edən Konqres Bürolarının rəhbərləri yer alıb.

 

Jurnal bildirib ki, siyahıda yer almış şəxslərin namizədlikləri özləri tərəfindən deyil, üçüncü şəxslər tərəfindən irəli sürülüb.

 

 

Qeyd edək ki, Sevda Əliyeva 2019-cu il üzrə keçirilmiş səsvermədə siyahı üzrə beşinci pillədə qərarlaşmışdı.

 

 

“The Kongres Magazine” jurnalı 10 ildən çoxdur ki, Avropanın işgüzar tədbirlər sənayesində mühüm platforma rolunu oynayır. Jurnalda sənaye nümayəndələrindən müsahibələr, eyni zamanda xəbər və məqalələr dərc olunur və 2014-cü ildən etibarən oxucuların səsverməsi əsasında il ərzində yaradıcılığı, kütləyə təsir gücü, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə fərqlənən insanlar müxtəlif nominasiyalara layiq görülürlər.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
478,6700,25
EURO
10,03240,89
DOLAR
8,32550,55
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı