QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1320_ag-s-h-rd-umumi-uzunlugu-2-460-metr-olan-daha-bir-

MARAQLI

Hamısı

Ağ Şəhərdə ümumi uzunluğu 2 460 metr olan daha bir-neçə küçə inşa edilib - FOTO

(3 Ay, 14 Gün öncə) 255 İzlenme 0 Yorum
Ağ Şəhərdə ümumi uzunluğu 2 460 metr olan daha bir-neçə küçə inşa edilib - FOTO

Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müxtəlif ölçülü 11 avtomobil yolu inşa edib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu dörd hərəkət zolaqlı Qarabağ atları meydanı və Mərkəzi park küçələri, həmçinin iki hərəkət zolaqlı 3,4 və 5-ci park küçələri, həmçinin qeyd olunan küçələrlə kəsişən və kəsişməyən digər küçələrdir.

Yaşayış, inzibati, ticarət, ofis, məktəb binalarından və yaşıllıq ərazilərindən ibarət Mərkəzi Park kvartalında təhvil veriləcək yollar şəbəkəsinin Babək prospektinə çıxışlarını təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən burada irimiqyaslı işlər aparılıb.

Qeyd olunan küçələrdə 220 min kubmetr torpaq işi həyata keçirilib, yeni yol yatağı inşa olunub, həmçinin, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Küçələr boyu 16 min kvadrat metr sahədə 3 laydan ibarət 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb.

Layihə çərçivəsində küçələrdə 16 min kvadrat metr piyada səkisi inşa olunub, üzərlərinə 18 min kvadrat metr tamet daşları döşənib. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 7,5 min paqon metr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa yolların kənarlarında (səkilərdə) 350-dən çox müxtəlif növ ağaclar əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 170 ədəd yol işıqlandırma dirəkləri quraşdırılıb.

Qarabağ Atları Meydanının yerləşdiyi eyniadlı mərkəzi küçə şimalda Babək prospektindən başlayaraq, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanını təşkil edəcək. Küçənin açılması Ağ Şəhər yol infrastrukturunun Babək prospektinə daha bir rahat keçidini təmin edəcək.

Uzunluğu 480 metr, eni 37 metr olan dörd hərəkət zolaqlı küçədə sürücülərin və piyadaların mütəşəkkil hərəkəti layihələndirilib. Belə ki, Ağ Şəhər layihəsinə uyğun olaraq piyadaların maneəsiz hərəkəti üçün panduslar və yüksəldilmiş keçidlər salınıb, eni 6 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı nişanlarla qeyd edilib, yaşıllıq zolaqları salınıb, velosiped dayanacaqları, sakin və qonaqların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, skamyalar quraşdırılıb. Piyadalar üçün yeni yaşıllaşdırılmış ictimai ərazi və avto dayanacaq yerləri salınıb.

Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka keçid alır. Küçənin mərkəzində yerləşən Qarabağ Atları Meydanı xüsusi zövqlə həmişəyaşıl ağaclarla bəzədilib.

Xatırladaq ki, bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 12,7 kilometr olan avtomobil yolu inşa edilərək təhvil verilib.

Ümumilikdə isə layihələr çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22,4 kilometr, eni isə 16 metrdən 47 metrə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar inşa edilməlidir. Yollar hər birinin eni 3,5 metr olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 metr olmaqla müxtəlif ölçüdədir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    1 Ay, 27 Gün öncə
BIST
15420,26
ALTIN
411,8080,35
EURO
8,97680,54
DOLAR
7,53151,61
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı