QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1318_g-l-n-il-veril-c-k-guz-stli-ipoteka-kreditl-rinin-

İQTİSADİYYAT

Hamısı

Gələn il veriləcək güzəştli ipoteka kreditlərinin həcmi açıqlandı

(8 Ay, 14 Gün öncə) 202 İzlenme 0 Yorum
Gələn il veriləcək güzəştli ipoteka kreditlərinin həcmi açıqlandı

Büdcə və qeyri-büdcə təşkilatları tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1 milyard 195,3 milyon manat vəsait nəzərdə tutulur.

 

 

 " UTVXƏBƏR "     ın məlumatına əsasən, həmin vəsaitin 290 milyon manatı “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vasitəsilə ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına sərf ediləcək.

 

Əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 87,5 milyon manat ayrılacaq. O cümlədən, güzəştli ipoteka kreditlərinin verilməsi üçün 81 milyon manat, sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 6,5 milyon manat sərf olunacaq. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxsə, həmçinin, 73,1 milyon manat vəsait yönəldiləcək.

 

 

Qalan 744,7 milyon manat vəsait isə digər büdcə və büdcədən maliyyə yardımı alan təşkilatlar tərəfindən həyata keçiriləcək tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, həmçinin müxtəlif əsaslı alışların həyata keçirilməsinə sərf ediləcək.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 27 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı