QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1270_v-t-n-muharib-sinin-s-hidi-samir-alisovun-ail-sin-

GÜNDƏM

Hamısı

Vətən Müharibəsinin şəhidi Samir Alışovun ailəsinə fərdi ev tikilir

(8 Ay, 15 Gün öncə) 486 İzlenme 1 Yorum
Vətən Müharibəsinin şəhidi Samir Alışovun ailəsinə fərdi ev tikilir

Vətən Müharibəsinin şəhidi Alışov Samir Cəlil oğlunun ailəsinin ağır ev şəraiti və inşa
etdirdiyi evin tikintisinin maddi imkansızlıq səbəbindən yarımçıq qaldığı nəzərə alınmaqla, sosial
tərəfdaşın dəstəyi ilə həmin evin inşası davam etdirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ötən ay həmin ailə ilə görüşüblər.

Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayan ailənin yaşayış şəraitinin ağır olduğu nəzərə alınaraq Nazirlik sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ev tikintisini öhdəsinə götürüblər. 

 

Qısa müddətdə bu işlərə başlanıb və tikinti yaxın vaxtlarda başa çatdırılacaq.

Şəhidin valideynləri üçün qısa müddətdə özünüməşğulluq proqramı çərçivəsində kənd
təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat da yaradılıb.

 

Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) də ağır
məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin
mənzillə təmin edilməsi də qərara alınıb.

 

Nazirliyin sosial tərəfdaşı olan “Gilan Holdinq” Şirkəti tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib. Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 24 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı