QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1269_-yasat-yaralananlar-v-s-hid-ail-l-rinin-ehtiyaclar

GÜNDƏM

Hamısı

“YAŞAT” yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa başladı - FOTO

(3 Ay, 18 Gün öncə) 5,01 B İzlenme 0 Yorum
“YAŞAT” yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa başladı - FOTO

“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını da qarşılamağa başlayıblar. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, şəhid Fuad Haşımovun atası Haşımov Ceyhun Kamil oğlu 3-cü dəfə insult keçirdiyinə görə hazırda müalicə alır.

 

Müddətindən asılı olaraq onun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanacaq. Şəhid Şeydayev Rəfaelin anası Şeydayeva Cəmilə Saday qızı hazırda tənha yaşayır və xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün müraciət edib.

 

“YAŞAT” Fondu tərəfindən məsələyə baxılıb. Müalicə xərcləri dövlət tərəfindən qarşılanacaq. Müalicə ilə əlaqədar yaranacaq digər xərcləri isə Fond öz öhdəsinə götürüb. 

Yalnız fərdi qaydada deyil, irihəcmli yardımlar da gerçəkləşir. Səhiyyə Nazirliyinin Buzovnada yerləşən Reabilitasiya Mərkəzində müalicələri davam etdirilən və “RGO” ortopedik cihazına ehtiyacı olan 6 qazimiz üçün bu cihazlar xaricdən sifariş edilib.   



Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.

“YAŞAT”  Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılanması prosesi davam edir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    1 Ay, 27 Gün öncə
BIST
15420,26
ALTIN
411,8080,35
EURO
8,97680,54
DOLAR
7,53151,61
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı