QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1262_turkiy-xin-d-n-dagliq-qarabagla-bagli-belcikaya-s-

DÜNYA

Hamısı

Türkiyə XİN-dən Dağlıq Qarabağla bağlı Belçikaya SƏRT REAKSİYA

(10 Ay, 2 Gün öncə) 1,10 B İzlenme 0 Yorum
Türkiyə XİN-dən Dağlıq Qarabağla bağlı Belçikaya SƏRT REAKSİYA

“Dekabrın 18-də Belçika Nümayəndələr Palatasının Baş Məclisi tərəfindən qəbul edilmiş Dağlıq Qarabağla bağlı qərar nə tarixi, nə hüquqi, nə də meydandakı faktlarla uyğundur. Türkiyə ilə bağlı əsassız iddialar və ittihamların da yer aldığı bu qərarı rədd edirik”.

 

Bu barədə Belçika Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı Azərbaycanı tənqid edən və Ankaranı “regiondakı sabitliyi pozan müdaxiləyə son verməyə” çağıran qanun layihəsinə cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. 

Sənəddə bildirilir ki, qərar belçikalı parlamentarilərin qərəzli davrandığının və daxili siyasətdə dar maraqların girovuna çevrildiyinin bariz nümunəsidir.

 

Türkiyə XİN sözügedən qərarın Türkiyə-Belçika münasibətlərinə də təsir göstərəcəyini deyərək, bunun regionda sülhün və sabitliyin təmin edilməsi səylərinə xidmət etmədiyini bildirib.

“Bu cür qərarlar Ermənistanın həqiqətləri qəbul etmə müddətini gecikdirərək, məsuliyyətlərini boynuna götürməməyə təşviq edir”, - deyə bəyanatda vurğulanıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 11 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı