QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1256_susa-yolunda-canini-f-da-ed-n-g-ncimiz

CƏMİYYƏT

Hamısı

Şuşa yolunda canını fəda edən gəncimiz

(7 Ay, 12 Gün öncə) 1,01 B İzlenme 1 Yorum
Şuşa yolunda canını fəda edən gəncimiz

Azərbaycanın 44 günlük Vətən Müharibəsində iştirak edənlərdən biri də Rzaxanov Nihat Natiq oğludur. 2001-ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gələn Nihat 2007-ci ildə 301 N-li məktəbdə birinci sinfə gedir. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün doqquz il təhsil aldıqdan sonra işləməyə başlayır. 2019-cu ildə Ağcabədiyə hərbi hissəyə yollanır.

 

“Report” xəbər verir ki, Nihat 44 günlük Vətən Müharibəsi başlayan zaman adının siyahıda olmasına baxmayaraq, könüllü olaraq yazılır və qəhrəmancasına vuruşur.

Şəhidin anası İradə xanımın sözlərinə görə, oğlu Nihat son dəfə anasına zəng edərək, “Ana mən getdim” deyir və sağollaşır.

 

Bir ay müddətdən artıq xidmət edən Nihat noyabr ayının 6-sı, səhər saat 11:00 radələrində Xocavənd istiqamətində hücuma keçərkən bir neçə əsgər yoldaşına kömək edir və nəticədə başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

 

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan Şəhid Nihatın anasının indi yalnız bir arzusu var. Yaşadıqları ərazidəki küçəyə oğlu - Şəhid Rzaxanov Nihat Natiq oğlunun adı verilsin.

 

Qeyd edək ki, evin demək olar ki tək çalışan üzvü Nihat şəhid olduqdan sonra ailənin maddi vəziyyəti yaxşı deyil. Ailə təmirsiz və şəraitsiz evdə yaşayır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 21 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı