QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1215_adil-liyev-rus-sulhm-ramlilarin-bel-bir-x-rit-hazi

SIYASƏT

Hamısı

Adil Əliyev: “Rus sülhməramlıların belə bir xəritə hazırlamaq səlahiyyəti yoxdur”

(4 Ay, 10 Gün öncə) 21,73 B İzlenme 0 Yorum
Adil Əliyev: “Rus sülhməramlıların belə bir xəritə hazırlamaq səlahiyyəti yoxdur”

“Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinin Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi”. 

Bunu Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev “Facebook” hesabında yazıb:

“Lakin, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil. Sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz.

Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə bir başa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırmalıdır, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı”.

“Görünür ki, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə Şanlı Zəfər yürüşümüzdə bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir.  Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində Şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən güclü dövlətlərindən biridir. 

Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaq”, - deyə deputat bildirib.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
479,2200,36
EURO
10,03840,95
DOLAR
8,32890,59
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı