QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1201_g-ncl-r-t-skilatlari-umummilli-lider-heyd-r-liyevi

GÜNDƏM

Hamısı

Gənclər təşkilatları ümummilli lider Heydər Əliyevi ehtiramla yad etdi - FOTO

(9 Ay, 12 Gün öncə) 3,01 B İzlenme 1 Yorum
Gənclər təşkilatları ümummilli lider Heydər Əliyevi ehtiramla yad etdi - FOTO

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər. 

İlk dəfədir ki, ümummilli liderin anım günü torpaqlarımızın işğaldan azad edildiyi tarixi günlərdə qeyd olunur. İgid ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğal altından azad edərək, tarixi ədaləti bərpa edib və ulu öndərin torpaqlarımızı azad görmək arzusunu yerinə yetirib. 

Ulu öndərimizin də dəfələrlə vurğuladığı kimi Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, müasir gənclər siyasətinin banisi Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi xüsusi diqqət və qayğını hazırda cənab Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. 

Azərbaycan gəncliyi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə diqqət və qayğı siyasətinə görə minnətdardır. Gənclər davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolunda öz rollarını başa düşür və xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edirlər.

Ruhun şad olsun, ulu öndər! Azərbaycanımızın torpaqları işğaldan azad edilib!

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 14 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı