QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1188_gurcustanda-umummilli-lider-heyd-r-liyevin-xatir-s

DÜNYA

Hamısı

Gürcüstanda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

(9 Ay, 12 Gün öncə) 725 İzlenme 1 Yorum
Gürcüstanda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümünə həsr olunan anım mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatı əməkdaşları, iş adamları və digər şəxslər Tbilisidə Heydər Əliyev adına parkda Ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Mərasim iştirakçıları daha sonra Tbilisidə Ulu öndərin adını daşıyan sahilboyunda yerləşən memorialı və Rustavi şəhərində Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsini də ziyarət edərək xatirəsini anacaqlar.

Anım mərasimi çərçivəsində səfirliyin təşkilatçılığı və Gürcüstandakı Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Ulu öndərə həsr olunan videokonfrans keçiriləcək.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 14 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı