QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1184_dtx-nin-h-bs-etdiyi-icra-bascisi-m-hk-m-y-cixarili

GÜNDƏM

Hamısı

DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır

(1 Ay, 8 Gün öncə) 2,02 B İzlenme 0 Yorum
DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır

Bu gün Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, YAP-ın Neftçala rayon təşkilatının sədri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sonuncu dəfə sentyabrda həbs müddəti üç ay uzadılan şəxslərin təcridxanada qalma müddəti bir neçə gün sonra bitir.

Buna görə də istintaq həbs müddətinin uzadılması üçün Səbail Rayon Məhkəməsinə təqdimat verib. İşə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    10 Gün, 20 Saat öncə
BIST
15710,90
ALTIN
441,228-0,13
EURO
9,0259-0,03
DOLAR
7,4609-0,18
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı