QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1172_az-rbaycandaki-icmalar-tarixi-q-l-b-il-bagli-b-yan

SIYASƏT

Hamısı

Azərbaycandakı icmalar tarixi qələbə ilə bağlı bəyanatla çıxış ediblər

(1 Ay, 15 Gün öncə) 229 İzlenme 0 Yorum
Azərbaycandakı icmalar tarixi qələbə ilə bağlı bəyanatla çıxış ediblər

Azərbaycandakı gürcü icması, Pakistan icması və Dünya Axıska Türkləri Birliyi Azərbaycan ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə bəyanatlarla çıxış ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bəyanatlarda qeyd edilir: 

“Azərbaycan xalqını, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Zəfər Günü münasibətilə təbrik edir, Şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyirik.

 

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi ilə qürur duyur və iftixar hissi keçirdiyimizi bildiririk”.

 

Həmçinin, bütün dünyada sülhpərvər, multikultural və tolerant ölkə kimi tanınan, haqlı və ədalətli mövqeyə malik olan Azərbaycanın beynəlxalq hüquqa əsasən öz torpağı olan Qarabağı işğaldan azad etdiyi, xalqımızın özünümüdafiə və ərazi bütövlüyünü təmin etmək hüquqlarını həyata keçirdiyi nəzərə çatdırılıb.

 

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Azərbaycandakı bütün icmaların və diaspor təşkilatlarının Azərbaycana mənəvi dəstək olduqları vurğulanıb: 

“Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı vahid, yenilməz və bölünməzdir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 10 Saat öncə
BIST
1542-0,64
ALTIN
442,6630,06
EURO
9,01050,76
DOLAR
7,39850,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı