QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1170_muflis-elan-edilmis-banklarin-must-ril-rin-man-tl-

İQTİSADİYYAT

Hamısı

Müflis elan edilmiş bankların müştərilərinə əmanətlərin 90 faizi qaytarılıb

(8 Ay, 23 Gün öncə) 332 İzlenme 1 Yorum
Müflis elan edilmiş bankların müştərilərinə əmanətlərin 90 faizi qaytarılıb

Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 27 qorunan əmanətçisinə 608 milyon 79,2 min manat kompensasiya ödəyib.

 

Bu barədə Fonddan məlumat verilib.

Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 90,1 faizini təşkil edir. 

Belə ki, “Atabank” ASC üzrə 9 min 657 əmanətçi 236 milyon 339,4 min manat , “Amrah Bank” ASC üzrə 5 min 715 əmanətçi 138 milyon 318,2 min manat, “AGBank” ASC üzrə 4 min 533 əmanətçi 108 milyon 938 min manat, “NBC Bank” ASC üzrə isə 4 min 122 əmanətçi 124 milyon 483,6 min manat kompensasiya alıb.

 

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

 

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 24 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı