QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1166_s-hid-ail-l-rind-n-min-d-k-s-xs-pensiya-muavin-t-v

GÜNDƏM

Hamısı

Şəhid ailələrindən minədək şəxsə pensiya, müavinət və təqaüd təyin edilib

(1 Ay, 17 Gün öncə) 614 İzlenme 0 Yorum
Şəhid ailələrindən minədək şəxsə pensiya, müavinət və təqaüd təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu  (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya və müavinətlər təyin olunub. Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.

 

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrupu fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    18 Gün, 6 Saat öncə
BIST
1467-4,49
ALTIN
437,8680,17
EURO
8,9266-0,13
DOLAR
7,37750,35
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı