QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1146_prezident-and-icmisdim-ki-az-rbaycanin-razi-butovl

GÜNDƏM

Hamısı

Prezident: “And içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam”

(2 Ay, 18 Gün öncə) 417 İzlenme 0 Yorum
Prezident: “And içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam”

“Bizim məqsədyönlü siyasətimiz nəticəsində münaqişə, Qarabağın taleyi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır”.

 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Paradında çıxışı zamanı bildirib.

Prezident bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb:

 

“Eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik.

 

Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə üstünlüyümüz özünü qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi”.

 

“Mən son 17 il ərzində demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, hərbi yollarla biz bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam.

 

Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu. Tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi”, - deyə İ.Əliyev qeyd edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    48 Gün, 11 Saat öncə
BIST
14880,34
ALTIN
418,091-0,12
EURO
8,87421,86
DOLAR
7,25691,13
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı