QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1136_bir-qrup-s-hid-ail-si-v-muharib-istirakcisi-ucun-k

GÜNDƏM

Hamısı

Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradıldı - FOTO

(7 Ay, 25 Gün öncə) 752 İzlenme 1 Yorum
Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradıldı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərindən bir qrupunu və müharibə iştirakçısını bu gün də özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edib.

 

Nazirlikdən verilən məlumata görə, Gəncə şəhərində və Göygöl rayonunda şəhid Tunar Əliyevin atası Qoşqar Əliyev, şəhid Sabir Yusubovun həyat yoldaşı Aliyə Yusubova, şəhid Saleh Mustafazadənin atası Qənimət Mustafayev, şəhid Cavid Əliyevin atası Samir Əliyev və Vətən müharibəsinin qazisi Samir Əliyev üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar yaradılıb. 

 

Onlar xüsusi qayğı ilə əhatə olunduqlarına və təsərrüfat yaratmaları üçün göstərilən dəstəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edilib ki, şəhidlərimizin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər üçün kiçik ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı