QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1107_xudav-ngin-vaizind-n-erm-nil-rl-monastirda-yaranmi

GÜNDƏM

Hamısı

Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA

(6 Ay, 16 Gün öncə) 203 İzlenme 1 Yorum
Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA

“Dünən Kəlbəcər rayonundakı Xudavəng monastırını ziyarətə gedərkən gözləmədiyimiz halda erməni keşişlərlə qarşılaşdıq”.

Bunu Trend-ə açıqlamasında Xudavəng monastırının vaizi Rafiq Danakari deyib.

O bildirib ki, monastrda olan erməni keşişlər onların ziyarətimizə mane olmaq istəsələr də, buna nail ola bilməyiblər:

“Müəyyən müddət onlar bizim ziyarətimizə mane olmaq istədilər. Monastrda çəkiliş aparmağa qadağa qoymaq istəyirdilər. Biz onları başa saldıq ki, monastr ermənilərə aid deyil, biz udinlərindir.

Biz onlara sübut etdik ki, monastırı onlar 1993-cü ildə zəbt ediblər. Faktlar göstərdik ki, onlar monastırda, kilsələrdəki bütün əşyaları məhv ediblər. Dekabrın 4-ü, həmçinin, xristianların bayramıdır.

Biz ona görə getmişdik ki, monastrda şam yandıraq, ziyarət edək. Erməni keşişlərin mane törətməsinə baxmayaraq, biz ziyarətimizi elədik, şamlar yandırdıq və monastırda çəkilişlər də etdik”.

Vaiz bildirib ki, səfər zamanı onlar monastırda erməni keşişlərin olmasına da etiraz edib və bunu Rusiya sülhməramlılarına deyiblər:

“Biz etiraz etdik ki, Azərbaycan ərazisində erməni keşişlərin nə işi var? Sülhməramlılar isə onların müvəqqəti olaraq burda qaldıqlarını bildirdilər”.

R.Danakari deyib ki, hazırda Azərbaycanda 400-ə yaxın Alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər:

“Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələr var. 300-dən çox kilsə Qarabağ bölgəsindədir. Onların hər birini ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan kilsə və monastırlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, Alban kilsələrinə, monastırlara erməni xaçı quraşdırıblar”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 11 Gün öncə
BIST
1391-1,63
ALTIN
495,421-0,34
EURO
10,3510-0,26
DOLAR
8,71800,14
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı