QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1093_belarusun-az-rbaycandaki-s-firinin-diplomatik-f-al

DÜNYA

Hamısı

Belarusun Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatdı

(7 Ay, 28 Gün öncə) 747 İzlenme 0 Yorum
Belarusun Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatdı

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən verilən məlumata görə, C.Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir, Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

 

Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı davam etmiş 44 günlük Vətən Müharibəsi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Səfir Gennadi Axramoviç iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluq bildirərək, hətta COVID-19 pandemiyası dövründə belə iqtisadi əlaqələrdə artımın müşahidə edildiyini vurğulayıb. Səfir Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirib və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daim xatirində olacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı