QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1090_sentop-dagliq-qarabagi-tanima-q-rari-ver-n-parlame

DÜNYA

Hamısı

Şentop: “Dağlıq Qarabağı tanıma qərarı verən parlament yalnız Fransa nağıllarında ola bilər”

(10 Ay, 21 Gün öncə) 1,19 B İzlenme 1 Yorum
Şentop: “Dağlıq Qarabağı tanıma qərarı verən parlament yalnız Fransa nağıllarında ola bilər”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fransa parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərarının təsdiqlənməsinə münasibət bildirib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Şentopun sözlərinə görə, bir dövlət və ya bir qurum tarixi və hüquqi həqiqətlərdən uzaqlaşaraq, yalnız əsassız hisslərlə qərarlar verərsə, oyundan kənarda qalacaq və verdiyi söz və qərar ciddi qəbul edilməyəcək:

 

“Dövlət kimi var olmaq bu qədər asandırsa, dövlətçiliyin ləğvi də belə asan olmalıdır. Fransa Milli Məclisi parlament olaraq ciddi həmsöhbət olmaq keyfiyyətini itirdi”.

Şentop qeyd edib ki, insanın haqqı ilə həqiqətin fərqində olması arasında bir əlaqə var və o, həqiqətin fərqinə varmağı azaldırsa, hüquqi cəhətdən də haqqını itirir:

 

“Siyasətçilərin sözləri və qərarları ilə gerçəklik arasındakı əlaqə də belədir. Həqiqətdən qopmaq siyasi səriştəni şübhə altına alır. Fransanın beynəlxalq aləmdə çox səs-küy yaratmasına baxmayaraq, artan hərəkətsizliyi, əlaqəsiz münasibətini qoruduğundan irəli gəlir.

Ermənistan da daxil olmaqla, dünyada heç bir dövlət tərəfindən tanımayan, tanınma iddiası Ermənistan tərəfindən dilə belə gətirilməyən Dağlıq Qarabağın dövlət kimi tanınmasına qərar verən bir parlament yalnız Fransa nağıllarında ola bilər.

 

Beynəlxalq hüquqa görə, Fransa Hökuməti də Azərbaycana aid olduqlarını qəbul etdiyi torpaqları müstəqil dövlət kimi tanımaq qərarına gələn millət vəkilləri yalnız komediya aktyoru rolunu oynaya bilərlər.

Şentop Fransa hökumətini ciddi olmağa dəvət edib və fransız xalqının sağlam düşüncəsinə inandığını deyib:

“İnanırıq ki, bu absurd qərarı qəbul etməyəcəklər”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı