QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1068_az-rbaycanda-udm-3-8-faiz-azalib

İQTİSADİYYAT

Hamısı

Azərbaycanda ÜDM 3,8 faiz azalıb

(8 Ay, 18 Gün öncə) 592 İzlenme 0 Yorum
Azərbaycanda ÜDM 3,8 faiz azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal edilib.

UtvXəberin  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb.

ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 861,6 manata bərabər olub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı