QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1058_erm-ni-general-separatci-lideri-doydu

DÜNYA

Hamısı

Erməni general separatçı lideri döydü

(11 Ay, 15 Gün öncə) 390 İzlenme 0 Yorum
Erməni general separatçı lideri döydü

Ermənistanda xaos davam edir.

Bu dəfə isə Qarabağ separatçılarının lideri Araik Arutyunyanın döyülməsi barədə məlumat yayılıb.

“Hraparak” qəzeti Arutyunyanın general Mikael Arzumanyan tərəfindən döyüldüyünü yazıb: 

“Dünən səhər internetdə “Artsax” (Dağlıq Qarabağ - red.) rəhbəri Araik Arutyunyanın öldüyü, bəzi qrupların ondan intiqam aldığı, “Artsax”ın təslim edilməsinə razı olduğu barədə şayiələr yayıldı.

Əlbəttə ki, gün ərzində bu xəbər inkar edildi. Ancaq bizə xoşagəlməz bir hadisənin baş verməsi barədə məlumat daxil olub. Belə ki, məlum sənədin imzalanmasından sonra, “Artsax”ın hərbi-siyasi rəhbərliyi toplandıqda, “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyan hisslərini cilovlaya bilməyib. O, Araik Arutyunyanı vurub”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın parlament sədri Ararat Mirzoyan etirazların hücumuna məruz qalaraq, ağır xəsarətlər almışdı.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 17 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı