QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/1055_urkiy-v-rusiya-eyni-missiyani-yerin-yetir-c-k-at-s

DÜNYA

Hamısı

ürkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” - Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA

(10 Ay, 15 Gün öncə) 289 İzlenme 0 Yorum
ürkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” - Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA

“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın fəaliyyəti nədən ibarət olacaqsa, Türkiyənin də fəaliyyəti ondan ibarət olacaq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediası ilə görüşdə sualları cavablandırarkən deyib.

O bildirib ki, bu mərkəzdə Rusiya ilə Türkiyə birlikdə çalışacaq: 

“Təbii ki, ev sahibi ölkə olaraq Azərbaycanın rolu önəmlidir. Amma mərkəzin fəaliyyəti, idarəçiliyi barədə sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə İşçi qrupu çərçivəsində müəyyən ediləcək. Daha sonra danışıqlar barədə Azərbaycana da məlumat veriləcək.

Amma ümumi olaraq nəzarət mərkəzi atəşkəsə havadan, qurudan nəzarəti həyata keçirəcək. Atəşkəsi pozan olarsa, bu bildiriləcək və həmin tərəfə qarşı hansı tədbirlərin görülməsi müəyyən ediləcək.

Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Nəticədə, bu üçtərəfli razılaşma imzalandı və bu mərkəz qurulur”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 17 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı